60
13:40
14 Aprel 2016

Musiqili Teatrda 3 günə 5 tamaşa

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Teatrdan Lent.az -a verilən məlumata görə, 15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da sənətsevərlərə “O olmasın, bu olsun”, “Yağış göbələyinin macərası”, “Qızıl toy”, “Yatmış gözəl və cırtdanlar” və “Qısqanc ürəklər” tamaşaları təqdim olunacaq.

Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Aprel 16-da saat 12.00-da “Yağış göbələyinin macərası” əsəri rus dilində, 17-də saat 12.00-da “Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.