42
11:08
14 Aprel 2016

Ramiz Əzizbəylinin xanımı: "İrəliləyiş yoxdur, nitqindəki problem qalır"

“Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilməyib. Ev şəraitində müalicə olunur” .

Bu sözləri Lent.az -a xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli deyib. O bildirib ki, R.Əzizbəylinin xəstəxanaya yerləşdirilməsi xəbəri həqiqəti əks etdirmir: “Ramiz bəy yalnız ev şəraitində müalicə olunur. Hər ay olduğu kimi fizio-terapiya olunması üçün bu gün də həkimə aparmışıq. Amma orada yerləşdirilməyəcək. Fizyo terapiyadan sonra yəni 1-2 saata evə gələcək. Xəstəxana şəraitində müalicə olunacaq xəbərini kim yazıb? Media işçilərindən çox xahiş edirəm ki, xəbəri yazanda diqqətli olsunlar. Ramiz müəllimin səhhəti əvvəlki kimidir, yəni irəliləyiş hiss olunmur. Nitqindəki problemlərdə olduğu kimi qalır. Həkimlər ona idman etməyi də məsləhət görüblər”.

Qeyd edək ki, R. Əzizbəyli 2015-ci il fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.