30
12:14
14 Aprel 2016

DİN Abşerondakı qəza ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Abşeron rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 14-də saat 02 radələrində Abşeron rayonu ərazisində Xırdalan şəhər sakini Seymur Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

*****

10:25

Bakı-Quba-rusiya sərhədi magistralında ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, magistralın 21-ci kilometrliyində, Abşeron rayonu ərazisində "Mercedes" markalı yük maşını 30-35 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib.

Ölən şəxsin kimliyi araşdırılır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb.