39
05:05
14 Aprel 2016

Təyyarə qəzaya uğradı, 12 nəfər öldü

Papua-Yeni Qvineyanın qərbində, Kiunqa şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA -nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 1 avstraliyalı pilot və 11 sərnişin ölüb.

Avstraliya XİN-in rəsmi nümayəndəsi bildirib ki, insidentlə bağlı ölkənin Papua-Yeni Qvineyadakı səfiri yerli icra orqanları ilə sıx əlaqədədir. Qəzanın başvermə səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.