52
02:13
14 Aprel 2016

Ulduz futbolçu Avropa çempionatını buraxacaq

"Real"ın futbolçusu Kərim Benzema AVRO-2016-da çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə hücumçu özü tvitter hesabında yazıb.

"Məni sevən insanlara üzülərək bildirmək istəyirəm ki, Avropa çempionatı üçün Fransa millisinin heyətində yer almayacam" – deyə Benzema bildirib.

Qeyd edək ki, ərəb əsilli futbolçu yığmadakı komanda yoldaşı Metyu Valbuenanı şantaj etməkdə günahlandırılıb. Bu hərəkətinə görə o, Fransa millisindən kənarlaşdırılıb.