44
23:01
13 Aprel 2016

Gəncədə 25 yaşlı oğlan qətlə yetirildi

Gəncədə ölüm hadisəsi qeydə alınıb.

APA -nın qərb bürosunun verdiyi məlumata görə, axşam saatlarında Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlu bıçaqlanmış vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Gəncin şəhərin Dəmir Yol vağzalı yaxınlığında qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.