27
22:19
13 Aprel 2016

İsmayıllıda iki maşın toqquşdu: 1 yaralı

İsmayıllı-Qəbələ yolunun 8-ci kilometrliyində “Grand-Tiger” və “Qazel” markalı avtomobilləri toqquşub.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə “Grand-Tiger” avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Əməliyyat saat 20:40-da başa çatıb.