72
21:10
13 Aprel 2016

Prezident İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB

Aprelin 13-də İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.

Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüü olub.

APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində R.T.Ərdoğan görüşlər keçirir.

Görüş Ulduz Sarayı Mabeyn İqamətgahında baş tutub

Qeyd edək ki, Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.