45
08:25
13 Aprel 2016

ATƏT XİN rəhbərləri qeyri-rəsmi görüş keçirəcək

ATƏT-də bu il sədrlik edən Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin qeyri rəsmi görüşünün çağırılmasına dair qərar verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşü sentyabrın 1-də Potsdam şəhərində keçirilmək təklif olunub.

“Avropada təhlükəsizliklə bağlı yaranmış həssas vəziyyət ATƏT çərçivəsində siyasi səviyyədə daha aktiv dialoqun aparılmasını tələb edir. Bu səbəbdən mən sentyabrın 1-də Potsdamda XİN rəhbərlərinin qeyri rəsmi görüşünün çağırılmasına qərar vermişəm”, - deyə ATƏT “üçlüyü”nün bəyanatında qeyd olunur.

Almaniyanın “üçlük”dəki tərəfdaşları Frank-Valter Ştaynmayerin bu təşəbbüsünü alqışlayaraq, Berlinin bu addımını tam dəstəklədiklərini ifadə ediblər.

Qeyd edək ki, “üçlüyə” ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötən ilki və gələn ilki sədrləri daxildir. Hazırda Almaniya ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya olacaq.