31
07:11
13 Aprel 2016

Avtobus yük maşını ilə toqquşdu, 18 ölü

Pakistanın Pencab əyalətində avtobus yük maşını ilə toqquşub, nəticədə 18 nəfər ölüb, 14 nəfər yaralanıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Feysalabad şəhəri yaxınlığında baş verib. Sadiqabad şəhərinə gedən avtobusda qəza baş verən vaxt 50-dən çox sərnişin olub. Polisin məlumatına görə, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi olub.