39
10:32
12 Aprel 2016

Azərbaycanda ağır qəza: qadın öldü

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Yevlax-Ağdam-Laçın yolunun 24-cü kilometrliyində "Opel" markalı, 10 TM 314 dövlət nömrə nişanlı minik avtomobili 47 yaşlı qadını vurub. Nəticədə ağır xəsarətlər almış qadın hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.