98
17:10
11 Aprel 2016

Qarabağdakı vəziyyət Avropa Parlamentində müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət Avropa Parlamentinin 11-14 aprel tarixlərində Strasburqda keçirilən plenar sessiyasında müzakirə olunacaq.

APA-nın məlumatına görə, müzakirələr aprelin 12-də baş tutacaq.

Mövzu ilə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini çıxış edəcək.