40
16:29
11 Aprel 2016

Ata evdən qaçmış 17 yaşlı qızını axtarır - BAKIDA

Bakıda 17 yaşlı qız itkin düşüb. Lent.az -ın məlumatına görə, 102 xidmətinə müraciət edən Xətai rayon sakini İlham Şahbabayev (adlar şərtidir) bildirib ki, onunla eyni ünvanda yaşayan 17 yaşlı qızı Nargilə aprelin 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Ata qızının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Məsələ ilə aidiyyatı üzrə 36-cı Polis Bölməsi məşğul olur.