37
16:23
11 Aprel 2016

Azərbaycanlını qətlə yetirən millətçiyə 6 il həbs cəzası verilib - Moskvada

Rusiya paytaxtında Azərbaycan vətəndaşı Zaur Alışovu qətlə yetirməkdə təqsirləndirilən millətçi "Restrukt" hərəkatının fəalı Kiril Filatovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Babuşkin rayon Məhkəməsinin qərarı ilə Kiril Filatov cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Millətçi "Restrukt" hərəkatının fəallarından olan K. Filatov öz yoldaşları ilə birlikdə Azərbaycan vətəndaşı Zaur Alışova hücum edib. Vəhşicəsində döyülən Z. Alışov aldığı travmalardan xəstəxanada ölüb. K. Filatov Z. Alışova hücum etdiklərini etiraf edib və qruplaşmanın digər üzvlərinə qarşı da ifadə verib.

APA