43
15:34
11 Aprel 2016

Moskvada 600-ə yaxın sərnişin bomba həyəcanı yaşadı

Moskva şəhərinin Kursk dəmir yolu vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı gələn anonim zəngdən sonra oradan çıxarılıb. Anonim zəng bu gün günorta saatlarında daxil olub. Hüquq-mühafizə orqanları vağzalı tamamilə boşaldıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür.