60
14:49
10 Aprel 2016

Feysbukda vacib yenilik – VİDEO AXTARMA SİSTEMİ

Feysbukda yaxın vaxtlarda video axtarma sisteminin işə başlayacağı gözlənilir. Lent.az -ın məlumatına görə, “YouTube” kimi video şəbəkəsi ilə rəqabət apara bilməyən Feysbuk öz bazasında yerləşdirilmiş videoların hamısını bir sistemdə cəmləməklə bağlı iş üzərində işləyib. İstifadəçilərin yalnız öz dostlarının gördüyü videoların hamısını cəmləyərək ümumi bazaya daxil edəcək yeni sistem yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, Feysbuk artıq canlı yayımları kəsintisiz təqdim etmək xüsusiyyətinə malikdir və bu yenilik artıq özünü doğruldub.