39
06:37
10 Aprel 2016

İki avtobus toqquşdu: 25 ölü

Zambiyanın Kabve şəhərində avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb və qarşıdan sürətlə gələn mikroavtobusla toqquşub.

Məlumata görə, sürücü də daxil olmaqla avtobusda olan bütün şəxslər hadisə yerində ölüb.

Ölənlərdən dördünün uşaq olduğu bildirilir.