37
11:48
10 Aprel 2016

Hindistanda dəhşət: 100 zəvvar diri-diri yandı - YENİLƏNİB

Hindistanda baş vermiş dəhşətli yanğında ölənlərin sayı 100-ü keçib. Lent.az Hindistan mediasına istinadən xəbər verir ki, Karela ştatındakı məbəddə baş verən hadisədə yaralananların sayı da 350-ni keçib. Bildirilir ki, yanğına keçən partlayış hindlilərin "yeni il" şənliyi üçün topladığı, lakin istifadəsi qadağan olunmuş pirotexniki vasitələrin alışması nəticəsində baş verib.

Karela ştatına qonşuluqda yerləşən əyalətlər olay yerinə yardım göndərib.

****

07:21

Hindistanın Kerala ştatında məbəddə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 250-dək zəvvar xəsarət alıb.

****

06.21

Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 77 zəvvar ölüb, azı 200 nəfər yaralanıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “India Today” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.

İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.