42
22:19
09 Aprel 2016

İcra Hakimiyyəti “Gül bayramı” ilə bağlı hazırlıqları təxirə salıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan “Gül bayramı” ilə bağlı hazırlıqlar təxirə salınıb.

Lent.az -ın məlumatına görə, hazırda Heydər Əliyev adına Sarayın qarşısındakı parkda başlanmış hazırlıq işləri dayandırılıb, quraşdırılmış konstruksiya sökülüb.

BŞİH-dən bununla bağlı hər hansı açıqlama verilməyib.