51
20:00
09 Aprel 2016

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Aprel

YORUM


Qarabağ cəbhəsində son günlər baş verənlər bir daha onu göstərdi ki, münaqişənin həllində böyük dövlətlərin təsir gücü daha qüvvətlidir. Rusiyanın baş verənlərə dərhal reaksiyası, Bakıya və İrəvana ən yüksək səviyyəli rəsmilərini göndərməsi bunu sübut edir.

Qərb mətbuatında Rusiyanın prosesə bu reaksiyasına da artıq münasibət bildirildi. Müdaxilə "xüsusi canfəşanlıq" adlandırılır və Kremlin bu tələskənliyinin məqsədi açıqlanır. Bu isə onu deməyə imkan verir ki, Qərb-Rusiya qarşıdurması artıq münaqişə bölgəsinə, yəni Qarabağ probleminin həllinə - transfer olunur.

Bunun nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq hazırda çətindir. Amma problemin həllində müsbət irəliləyişin gerçəkləşəcəyini söyləmək indi daha rahatdır. Ən azından ona görə ki, 25 ildir dondurulmuş münaqişə adlandırılan, ATƏT Minsk Qrupunun bu münaqişə üzərində özlərinə karyera qurmaqla məşğul olan və tez-tez dəyişən həmsədrlərinin ümidinə qalan problemin həllinə, indi həmsədr ölkələrin yüksək səviyyədə rəsmilərinin qarışacağı istisna deyil...