46
06:41
09 Aprel 2016

Türkiyədə hərbçilərə hücum: 4 yaralı

Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əyalətin Nusaybinə rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.