37
02:26
09 Aprel 2016

Iraq türkmənlərindən Azərbaycana dəstək

İraqın Kərkük şəhərində yaşayan türkmənlər Ermənistan tərəfindən Azərbaycana edilən hücumları pisləyərək soydaşlarına dəstək verməyə hazır olduqlarını bildiriblər.

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“İraq Türkmənləri hər zaman Türk dünyasının bir parçası olub və tarix boyu döyüşüb. Yüz il öncə bizim ulu babalarımız türk ordusu sıralarında Azərbaycan torpaqlarını müdafiə edərək şəhid olublar. Bu gün biz Azərbaycan xalqının və dövlətinin yanındayıq”, deyə “Türkmən döyüşçülər birliyinin” rəhbəri Əhməd Yılmaz bildirib.

Təşkilatın üzvü Yunus Bayraktar Kərkükü İŞİD-dən qoruduqları kimi Azərbaycanın müdafiəsində də iştirak etməyə hazır olduqlarını bildirib: ''Türkmən döyüşçüləri olaraq torpaqlarımızı burada qoruyuruq, lakin Azərbaycan torpağı uğrunda da şəhid olmağa hazırıq. Hər zaman azərbaycanlı soydaşlarımızın yanındayıq".