39
01:09
09 Aprel 2016

İŞİD-çilər 300 fəhləni azad etdi

İŞİD silahlıları Dəməşq yaxınlığındakı Dumeyr şəhərində girov götürdükləri 300 suriyalı fəhləni sərbəst buraxıblar.

APA-nın məlumatına görə, bu barədə Livanın “Daily Star” qəzeti yazıb.

Məlumata əsasən, girovlar tayfa ağsaqqallarının vasitəçiliyi sayəsində azad olunublar. Terrorçuların əlində “Milli müdafiə qüvvələrində” iştirak etmiş 20 nəfər qalıb. 4 nəfər xristian druz (Suriya əhalisinin 3% druzlardır) İŞİD-çilər tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, aprelin 5-də terrorçular Dumeyr şəhəri yaxınlığındakı sement zavoduna hücum edərək orada işləyən fəhlələri girov götürmüşdülər.