36
23:50
08 Aprel 2016

Bakıda mənzildən 88 yaşlı qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:26-da başa çatıb.