53
18:15
08 Aprel 2016

Medvedev Şəhidlər xiyabanını ziyarət edib

Rusiya baş naziri Dmitri Medvedev Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, D. Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Rusiya baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

D. Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.