68
16:07
08 Aprel 2016

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ MÜZAKİRƏLƏRİ

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, - deyə o, söyləyib.

Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.

APA