42
13:21
08 Aprel 2016

Göyçayda ağır qəza: ana və oğlu ağır xəsarət aldı

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. 68-BA-491 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.