29
11:07
08 Aprel 2016

Lələtəpədə "Qarabağ şikəstəsi" - VİDEO

Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov ermənilərdən azad olunan Lələtəpəyə gedib. Lent.az -a açıqlama verən E.Məmmədov bildirib ki, orada əsgərlərlə görüşüblər və “Qarabağ” şikəstəsini oxuyublar: “Lələtəpə zirvəsinə getdik. Burada olduğuma görə çox şadam. Allah şəhidlərimizin ruhunu şad etsin. Vətənin başı sağ olsun. İnanıram ki, yaxın müddətdə torpaqlarımız ermənilərdən azad olacaq”.