44
04:54
08 Aprel 2016

Avropa Liqası: Səfər komandalarının uğurlu gecəsi

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmalar eyni saatda başlayıb.

Azarkeşlər 1/8 finalda olduğu kimi bu mərhələdə də İspaniya derbisi izləyiblər. Bilbaoda keçirilən "Atletik" - "Sevilya" matçı qonaqların qələbəsi ilə yekunlaşıb. Səfərdən sərfəli nəticə ilə qayıdan əndəlüslülər cavab matçına daha üstün durumda çıxacaq.

Qalmaqallı oyunla “Fənərbaxça”nı “sıradan çıxaran” “Braqa”nı bu dəfə daha güclü komanda ilə qarşılaşıb. Mirça Luçeskunun "Şaxtyor"u portuqaliyalıları öz evində məğlub edib. Oyunun gedişidnə 2 top fərqi ilə önə keçən ukraynalılar sonradan fərqin azalmasına mane ola bilməslər də, hər halda 1/4 finala rəqibindən daha yaxındı.

Heç kimin gözləmədiyi halda bu mərhələyə kimi gələn liqanın sensasion komandası “Sparta” bu dəfə İspaniyada “Vilyareal”a qonaq olub. Çexiyalılar səfər matçında məğlub olsalar da, vacib olan səfər qolunu vura biliblər. 2:1 hesabı cavab oyunu üçün hər iki komandanın şanslarının eyni olduğunu göstərir.

Nəhayət, mərhələnin ən maraqlı və gərgin oyunu “Borussiya” ilə “Liverpul” arasında keçirilib. Bu matçı bir növ erkən final da adlandırmaq olar. Görüşü prinsipial edən maraqlı məqamlardan biri də Yürgen Kloppun doğma şəhərinə və doğma stadiona rəqib komandanın baş məşqçisi kimi qayıtması idi. İngilislər matçı onlara sərf edən qollu səfər heç-heçəsi ilə başa vura biliblər.

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

“Atletik” (İspaniya) – “Sevilya” (İspaniya) - 1:2

Qollar: Aduriz, 48 - Kolodzecyak, 56, İborra, 83

Bilbao. “San Mames” stadionu

“Braqa” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:2

Qol: Rakitski, 45, Fereyra, 75

Braqa. “Munisipial” stadionu

“Borussiya” (Dortmund, Almaniya) – “Liverpul” (İngiltərə) - 1:1

Qollar: Hummels, 48 - Origi, 36

Dortmund. “Siqnal İduna Park” stadionu

“Vilyareal” (İspaniya) – “Sparta” (Çexiya) - 2:1

Qollar: Bakambu, 3, 63 - Brabec, 45+4

Vilyareal. “Madriqal” stadionu