58
16:42
07 Aprel 2016

Rusiya Metsamorun yeni blokunun tikintisində iştirak niyyətini açıqladı

“Rusiya əvvəlki kimi Ermənistan Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikintisində iştirak etmək imkanlarını nəzərdən keçirir”.

APA -nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin İrəvana səfəri ilə bağlı sənədlərdə deyilir.

Qeyd edək ki, 2010-cu ilin fevralında “Metsamorenerqoatom” adlı Ermənistan-Rusiya müştərək müəssisəsi yaradılıb. Həmin ilin avqustunda Ermənistan ərazisindəki atom elektrik stansiyasında yeni enerji bloklarının tikintisi sahəsində əməkdaşlıqla bağlı hökumətlərarası müqavilə imzalanıb.

APA