28
02:30
01 Mart 2016

Gəncə sakini özünü bıçaqladı

Gəncə şəhər sakini bıçaqla özünə xəsarət yetirib. APA -nın qərb bürosunun verdiyi məlumata görə şəhərin Məhsəti qəsəbə sakini Arzu İsmayılov sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, A. İsmayılov sərxoş vəziyyətdə özünə xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.