35
01:47
01 Mart 2016

İŞİD-çi kamikadze yasda özünü partlatdı: 35 ölü, 50 yaralı

İraqın Əl-Mikdədiyə şəhərində törədilən partlayış nəticəsində 35 nəfər ölüb, 50 nəfər yaralanıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçu kamikadze yas mərasimində üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərin sayının artacağı istisna olunmur. Ölənlər arasında könüllülərdən ibarət batalyonların bir neçə komandiri həlak olub. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.