41
17:46
29 Fevral 2016

Prezident: "Çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir"

“BMT Təhlükəsizlik Şurası işğalçıların torpaqlarımızdan çıxması üçün 4 qətnamə qəbul edib. Münaqişə hələ ki həllini tapmayıb”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu sözləri Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında çıxışında deyib. O bildirib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir: “Ölkəmiz iri layihələr icra edir, şaxələndirilmiş neft-qaz kəmərlərinə malikik. Əməkdaşlığın davam etdirilməsi vacibdir”.

Prezident toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının III iclasına dəvət edib.