28
15:32
29 Fevral 2016

Göygöldə 93 yaşlı kişi qətlə yetirilib

Göygöldə yaşlı kişi qətlə yetirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onun evdə tək yaşadığı bildirilir.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.