47
15:19
29 Fevral 2016

Tolik yazıçı Seymur Baycanın kitabını çıxaracaq

“Seymur Baycanı şəxsən tanımıram, amma 2 il əvvəl mənim haqqımda məqalə yazmışdı. Düzdü, məni həm tənqid etmiş, həm də xoşniyyətli fikirlərini irəli sürmüşdü”.

Lent.az .-ın "qaynarinfo"ya istinadən məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev ( Tolik) sosial şəbəkədə yazıb.

O bildirib ki, yazıçı Seymur Baycan yeni kitabın nəşrini maliyyələşdirmək niyyətindədir:

“Sənəti olan insanlar hər zaman başqasının uğuruna sevinmir. Düşünür ki, niyə mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq başqalarının imkanı var. Dünən gəlmiş, heç bir universitet bitirməyən birinin indi maşını, evi olur. Amma bu Allahın verdiyi ruzidir. İndiki imkanlı daydaylara kitab, kino, teatr maraqlı deyil. Onlara xanım müğənni lazımdır. Yanlarında ora-bura getsinlər. İndi Seymur bəy kitabının çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacam onu maliyyələşdirim”.

Qeyd edək ki, Seymur Baycan facebook hesabında müraciət yayımlayıb:

“Bir kitab var, nəşr olunmalıdı. Kim kitabın nəşrini maliyyələşdirə bilər? Başa düşürəm böhrandı, iqtisadi çətinliklər var. Bununla belə, düşünürəm bəlkə kimsə ... birdən ... nəsə ...

Olmasa da problem deyil. Hansı xalqa mənsub olduğumu, kimlərin arasında yaşadığımı bir daha dərk edərəm. Trotski demişkən reallığı dərk etmək qələbənin yarısı deməkdir”.