27
12:52
29 Fevral 2016

Bakıda dələduzluqla məşğul olan 4 nəfər tutuldu

Bakı polisi dələduzluqla məşğul olan şəxsləri yaxalayıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Həmid Abdinov tutulub.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Ceyhunə Həsənova yaxalanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü Vahid Rəhimbəyli tutularaq istintaqa təhvil verilib.

Xətai RPİ 36-cı PB əməkdaşları isə eyni maddə ilə axtarışda olan 1973-cü il təvəllüdlü Əfqan Zeynalov yaxalanıb.