58
12:17
29 Fevral 2016

"Əli və Nino"nun rejissoru "Oscar" aldı

Ötən gün “Oskar” mükafatlarının sahibləri bəlli olub.

Lent.az -ın “qafqazinfo”ya istinadən məlumatına görə, gecədə “Əli və Nino” filminin rejissoru Asif Kapadia mükafatlandırılıb.

O, ötən il çəkdiyi “AMY” filminə görə “Ən yaxşı tammetrajlı sənədli film” mükafatına sahib olub.

Filmdə müğənni Amy Winehousenin həyatı , sənət fəaliyyəti və ifaları yer alıb.

Xatırladaq ki, Asif Kapadia “Əli və Nino” filminin də rejissorudur. Filmin icraçı prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Qeyd edək ki, yanvar ayında filmin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında keçirilmişdi.