40
10:29
29 Fevral 2016

Brilliant İlhamə Quliyevadan danışdı: "Hər zaman məni pisləyirdi"

Xalq artisti Brilliant Dadaşova küsülü olduğu mərhum İlhamə Quliyeva barəsində danışıb. Lent.az -ın məlumatına görə, xalq artisti sosial şəbəkədə İ. Quliyeva barəsində bu sözləri qeyd edib: "Əziz dostlar, qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim, o isə məni hər zaman pislədi. Yalnız biz onun səsiylə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib. Hər iki xalq artisti illərdir ki, küsülü idi.