57
18:27
28 Fevral 2016

"15 min manat borcum qalıb" - YENİLƏNİB

Bakıda borc məsələsi ilə bağlı barəsində polisə müraciət daxil olan Dadaş Dadaşov məsələ ilə bağlı açıqlama verib. Lent.az -a müraciət edən D.Dadaşov bildirib ki, onun Rövşən Qasımova iddia olunduğu kimi 165 min dollar deyil, 15 min manat borcu qalıb. D.Dadaşov qeyd edib ki, R.Qasımovla qızıl alış-verişi olub: "Borc tədricən ödənilib və hazırda 15 min manat borc qalıb. Onun Ayal adlı şəxslə də bu tip pul mübahisəsi olmuşdu və həmin vaxt da daha kiçik məbləği şişirdərək 200 min kimi təqdim etmişdi".

D.Dadaşov əlavə edib ki, hərbi əlildir və bütün bank kartları il yarımdan artıqdır ki, R.Qasımovdadır: "Seyid adama heç yaraşarmı ki, bank kartlarını götürsün".

*****

18:27

Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib. Lent.az -ın məlumatına görə, 1968-ci il təvəllüdlü Qasımov Rövşən Həsənağa oğlu müraciətində bildirib ki, 2014-cü ilin 24 noyabr tarixində, tanışı, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Ağabala oğluna 165 min dollar dəyərində qızıl zinət əşyaları verib. D.Dadaşov həmin qızılları Mərkəzi Univermaqdakı mağazada satıb pulunu verəcəyini deyib. Lakin üstündən xeyli keçməsinə baxmayaraq qızılın dəyəri ödənilməyib.

Müraciət əsasında araşdırma aparılır.