26
10:40
28 Fevral 2016

Valideyin itkisinə dözə bilmədi, özünü öldürdü

Lənkəranda intihar hadisəsi baş verib. Lent.az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Sevda Hacıbala qızı Dəmirova özünü yaşadığı evin otağında qaz borusundan asıb.

Məlumata görə, S. Dəmirova ruhi xəstə olub və bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib, hətta özünü dənizə atmaq istəyib. Lakin qohumları buna mane ola biliblər. Bildirilir ki, onun ailə üzvləri bir müddət əvvəl dünyasını dəyişib. 47 yaşlı qadının əsəblərinin pozulmasına səbəb kimi məhz valideynlərini itirməsi göstərilir.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan 4 gün əvvəl də Lənkəran şəhərində intihar hadisəsi baş verib. Şəhərin Şəhidlər Xiyabanı küçəsi, ev 46/1 ünvanında yaşayan 1952-ci il təvəllüdlü Validə Əbdülqasım qızı Əliyeva özünü yaşadığı evin hamam otağında asıb. Meyiti onun ailə üzvləri aşkar ediblər.