39
04:26
28 Fevral 2016

Azərbaycanlı müğənni itə görə qəzaya düşdü

Gecə Bakıda xanım sürücü qarşısına çıxan it səbəbindən idarə etdiyi avtomobillə qəzaya düşüb.

Lent.az -ın Anspress-ə istinadən məlumatına görə, Ziya Bünyadov prospekti ilə hərəkət edən müğənni Sevda Kazımova qarşısına çıxan iti vurmasa da özü ziyana düşüb.

“Chevrolet” markalı maşının sürücüsü Sevda Kazımova “20 yanvar” dairəsi istiqamətində hərəkət etdiyi zaman qarşısına it çıxıb. Heyvanı vurmaq istəməyən sürücü qəfil əyləcdən istifadə edib. İtin həyatını xilas etməyə müvəffəq olan ifaçı arxadan gələn “Jeep”in zərbəsinə tuş gəlib.

Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi isə insan itkisinin olmamasıdır.

Xanım sürücü yolda əyləcdən istifadə etsə də qəzanın səbəbkarı “Jeep”in sahibi hesab olunur. Çünki yol polisinin yoxlamaları zamanı “Jeep”in sürücüsünün ara məsafəsini düzgün hesablamadığı üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam edir.