37
22:26
27 Fevral 2016

Türkiyədə həndbolçularla dolu avtobus aşdı: ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhəri yaxınlığında həndbol komandasını daşıyan avtobus aşıb. APA -nın “Doğan”a istinadən verdiyi xəbərə görə, Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.