23
20:09
27 Fevral 2016

Dəhşət: Arvadını qətlə yetirən ər meyitlə birgə özünü də yandırdı - YENİLƏNİB

Tovuz rayonunda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA -nın Tovuz rayon hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 54 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***** 16.54

Tovuz rayonunun Qovlar şəhərində bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, şəhərin İntizam Əliyev küçəsində yanğın barədə yerli yanğından mühafizə hissəsinə məlumat daxil olub. Əraziyə cəlb olunan yanğınsöndürən avtomobil evin həyətində olan köməkçi tikilidə yaranan yanğını söndürüb.

Araşdırma zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Novruz Hüseynov və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Sevda Hüseynovanın yanmış meyitləri aşkarlanıb.

Faktla bağlı Tovuz rayon Prokuroluğunda araşdırma aparılır.