56
17:42
26 Fevral 2016

Beynəlxalq Bankın sabiq filial direktoru azadlığa buraxılıb

"Azərbaycan Beynəlxalq Bank"ın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov azadlığa buraxılıb.

Lent.az -ın report.az-a istinadən məlumata görə, bu gün Nərimanov Rayon məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, K.Orucov 2015-ci ildə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.