43
12:53
26 Fevral 2016

Oğrulara ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Kamran Həsənov və Asəf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən K. Həsənov 9 il, A. Həsənov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.