45
04:13
26 Fevral 2016

Kerri: “Əsəd getməlidir"

“Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyada müharibənin dayandırılmasının yeganə yoludur”. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

“Əsədin hakimiyyətdə qalacağı təqdirdə müharibəni dayandırmaq mümkün olmayacaq”, - deyə Kerri qeyd edib.

O, həmçinin, Suriyada atəşkəs rejiminin tətbiqi mexanizminin yaxın günlərdə hazırlanacağını qeyd edib.