37
02:23
26 Fevral 2016

Hakimə qırımızı vərəqə verən futbolçu 3 oyun cəzalandı

Türkiyə Superliqasının XXII turu çərçivəsində baş tutan “Qalatasaray” – “Trabzonspor” oyununda hakimə qırmızı vərəqə göstərən trabzonlu futbolçu Salih Dursun 3 oyunluq cəzalanıb. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti xəbər yayıb.

Matçın 86-cı dəqiqəsində təyin olunmuş penaltiyə etiraz edən və bunu hakimin vərəqəsini əlindən alaraq özünə göstərməklə bildirən Salih oyun cəzasından əlavə 4 min avro da pul cəriməsi ödəyəcək.