48
22:20
25 Fevral 2016

Alman pivəsində xərçəng təhlükəsi

Münhen ətraf mühit institutu Almaniyanın 14 məşhur pivə sortunu test edib və onlarda pestisid izləri aşkarlayıb.

Lent.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Spiegel” yayıb.

Bütün pivə sortlarında qlifosat izləri tapılıb. Bu pestisid bütün dünyada alaq otlarına qarşı mübarizə sahəsində populyardır

Ən çox plestisid “Hasseröder” pivəsində taplıb - bir litrdə 29,74 mikroqram. Daha az pestisid isə Bavariyada istehsal olunan “Augustiner” pivəsindədir - bir litrdə 0,46 mikroqram.