29
21:19
25 Fevral 2016

Ağdamda bədbəxt hadisə: 15 yaşlı oğlan öldü

Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 2001-ci il təvəllüdlü Əsgərov Qəzənfər Nəbi oğlu həyatını itirib. Hadisə rayonun Baharlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində 9-cu sinif şagirdi ​Qəzənfərin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.