40
17:35
25 Fevral 2016

"Bakı Metropoliteni" qatar növbətçiləri axtarır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Metropolitenin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kurslar 1 ay müddətində davam edəcək. Kursa boyu minimum 170 sm olan 18-30 yaş arası qızlar, 22-30 yaş arası oğlanlar tələb olunur.

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Müraciətlər martın 4-dək qəbul olunur.